<b>Bakı Nəqliyyat Agentliyi avtobusdakı davaya münasibət bildirdi</b>
29 mart 2018 12:43 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi avtobusdakı davaya münasibət bildirdi

 

Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunda baş vermiş insidentlə bağlı açıqlama yayıb. Lent.az xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, kimsənin digər sərnişinlərə qarşı bu cür aqressiv hərəkət etməsi yolverilməzdir: “65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, çox təəssüf, cəmiyyətimizdə bu cür halla rastlaşırıq. Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqressiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcək”.

 

M.Ağayev əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır: “Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281

Oxşar yazılar