
Bacısını qanına qəltan edənin İŞİ MƏHKƏMƏDƏ
Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, M.Qədimovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb.
G.Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən M.Qədimov saxlanılıb.
Oxşar yazılar

Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32