Sabirabadda 40 yaşlı kişi bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Ayaz Əsgər oğlu Sərxanov döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasını cərrahiyyə şöbəsinə yerləşdirlib. A. Sərxanov qonşusu Gülnar adlı qadın tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.