[b]Avropa çempionunu Psixiatriya Xəstəxanasına göndərdilər - Məhkəmə[/b]
29 yanvar 2018 14:27 (UTC +04:00)

[b]Avropa çempionunu Psixiatriya Xəstəxanasına göndərdilər - Məhkəmə[/b]

Soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədən vaxtı anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixiatrik ekspertizası təyin olunub.

 

O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

 

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, A. İsmayılova  Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, A. İsmayılov idmançıdır. O, 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Səlcuq Elçin

Oxşar yazılar