
Avropa çempionuna 10 İL HƏBS TƏLƏBİ
Soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Anar İsmayılovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Proses iyulun 10-da davam edəcək.
Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, 30 manat pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Xatırladaq ki, A. İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Oxşar yazılar

Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46