<b>"Metropark"dakı hadisə ilə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT </b>
12 iyun 2017 10:56 (UTC +04:00)

"Metropark"dakı hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

 

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

 

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar