<b><span style="color:red;">Sabiq deputatın məhkəməsində : "Qanunları bilmədiyimdən imza atdım"</b>
13 aprel 2017 15:12 (UTC +04:00)

Sabiq deputatın məhkəməsində: "Qanunları bilmədiyimdən imza atdım"

Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "İntertekstil" şirkətində mexanik köməkçi işləmiş Elxan Yaqubov ifadə verib.

 

E.Yaqubov ifadəsində bildirib ki, işləyən zaman kollektivin adından kredit götürüblər: "Bizə dedilər iş üçün lazımdır. Kollektivimiz hər kəs qol çəkdi. Mən də sənədləri imzaladım. Ola bilsin ki, qanunları yaxşı bilmədiyim üçün qol çəkmişəm".

 

Hakim qeyd edib ki, məhkəməyə gəlməyən şahidlərin barəsində məcburi qərar qəbul edib.

 

Məhkəmə prosesi aprelin 20-ə təyin edilib.

 

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Səlcuq Elçin

Oxşar yazılar