[b]Bir ailənin faciəsi: ana öldü, oğullar xəstəxanaya düşdü[/b]
06 iyul 2018 12:04 (UTC +04:00)

[b]Bir ailənin faciəsi: ana öldü, oğullar xəstəxanaya düşdü[/b]

Goranboy rayonunun Nizamikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, iyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi “Suzuki” markalı avtomobilə vurub. Nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölmüş, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Oxşar yazılar