Azərbaycanlı general: <b>"Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğalla barışmayacaq" </b>
14 iyun 2017 11:06 (UTC +04:00)

Azərbaycanlı general: "Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğalla barışmayacaq"

0

"Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa edəcək". 
 


APA-nın xəbərinə görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib.

 

O bildirib ki, ötən ilin aprel ayında Azərbaycan ordusu düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib: "Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Bu döyüşlərin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır".   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar