[b]5 yaşlı uşağı çomaqla döyüb öldürən şəxslə bağlı YENİ XƏBƏR[/b]
23 iyul 2018 19:51 (UTC +04:00)

[b]5 yaşlı uşağı çomaqla döyüb öldürən şəxslə bağlı YENİ XƏBƏR[/b]

Kürdəmirdə oğlunu öldürməkdə təqsirləndirilən ögey ata barəsində həbs-qətimkan tədbiri seçilib. Baş Prokurorluğun mətbuat ximdətindən Lent.az-a verilən məlumata görə, iyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaq zamanı Kürdəmir rayonunun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdullayev Abdulla İnqilab oğlunun həmin kəndin qış otlaq sahəsində yerləşən fermada qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Sevanə Yaqubovanın azyaşlı oğlu Murad Yaqubova 2018-ci il iyunun 26-dan iyulun 21-dək heç bir əsaslı səbəb olmadan anasının gözləri qarşısında xüsusi amansızlıqla və qəddarlıq nümayiş etdirib mütəmadi olaraq qəsdən bədəninin müxtəlif nahiyələrinə çomaqla vurmasına, eləcə də əlləri ilə döyməklə həyat və sağlamlığı üçün təhlükəli olan çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində M.Yaqubov iyulun 21-də vəfat edib.

 

Cinayət işi üzrə A. Abdullayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar

Dərman oğrusu Bakı həbsxanasında  öldü - FOTO

Dərman oğrusu Bakı həbsxanasında öldü - FOTO

20 iyun 2024 , 11:02
Nihat və İbrahimin FOTOSU:  "qoyunları yuyanda batıblar"

Nihat və İbrahimin FOTOSU: "qoyunları yuyanda batıblar"

20 iyun 2024 , 10:10
DTX prezidentin adından  saxta elanlar yayan şəbəkəni ifşa etdi

DTX prezidentin adından saxta elanlar yayan şəbəkəni ifşa etdi

20 iyun 2024 , 09:20
Şəkidə məktəb yandı

Şəkidə məktəb yandı

20 iyun 2024 , 09:01
Gəncədə minik maşını motosikletlə toqquşub

Gəncədə minik maşını motosikletlə toqquşub

20 iyun 2024 , 08:57
Kürdəmirdə SİLAHLI İNSİDENT:  gecəyarı həyətində güllələndi

Kürdəmirdə SİLAHLI İNSİDENT: gecəyarı həyətində güllələndi

20 iyun 2024 , 08:53
Gədəbəydə  qəza - xəsarət alanlar var

Gədəbəydə  qəza - xəsarət alanlar var

19 iyun 2024 , 20:49
Bakıda gənc oğlan özünü öldürdü

Bakıda gənc oğlan özünü öldürdü

19 iyun 2024 , 19:40