<b>Vətəndaşlara 28 min dollar "atan" şəxs cəzadan azad edildi - <span style="color:red;">SƏBƏB </b>
28 dekabr 2017 11:20 (UTC +04:00)

Vətəndaşlara 28 min dollar "atan" şəxs cəzadan azad edildi - SƏBƏB

Dələduzluqda təqsirləndirilən Elxan Şıxalıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm  oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən Elxan Şıxalıyevin cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatdığından barəsində cəza təyin olunmayıb.

 

 

Qeyd edək ki, Elxan Şıxalıyev vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb.

 

O bu cinayəti 12 il qabaq törədib. Elxan Şıxalıyev torpaq almaq adı ilə vətəndaşların 28 min dollar pulunu mənimsəyib.

 

Ona Cinayət Məcəlləsinin 178-ci( dələduzluq) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Səlcuq Elçin

Oxşar yazılar