[b]25 min dollara Milli Məclisdə "işə düzəldənə" 8, 6 İL HƏBS[/b]
25 noyabr 2016 16:25 (UTC +04:00)

[b]25 min dollara Milli Məclisdə "işə düzəldənə" 8, 6 İL HƏBS[/b]

Bakıda vətəndaşı Milli Məclisdə işə düzəldəcəyini deyərək dələduzluq etməkdə təqsirləndirilən Fərasət Dəyyanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə F. Dəyyanov 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, F. Dəyyanov zərərçəkən İsmayıl Quliyevin etibarından sui-istifadə edərək, onu, Milli Məclisin aparatında hüquqşünas vəzifəsinə düzəldəcəyini deyərək, 25 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Səlcuq Elçin

Oxşar yazılar