Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
APA-nın məlumatına görə, paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi ev 59, mənzil 21 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Tural Nəbi oğlu Həsənovun meyiti vanna otağında aşkarlanıb.
Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi olub.