Azərbaycanda ana azyaşlı övladları ilə itkin düşüb
0
0
Qazax rayon sakini, 28 yaşlı Nərgiz Qasımova azyaşlı uşaqları, 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımova ilə birlikdə avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, N. Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
0
0