
"Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi çərçivəsində nəqliyyat sektorunda böyük potensial var" - Nazir
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında ikitərəfli əməkdaşlığının genişləndirilməsi çərçivəsində nəqliyyat sektoru sahəsində böyük potensial var.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzidir. “Əlverişli coğrafi mövqe və ölkə ərazisindən keçən bir sıra nəqliyyat dəhlizləri böyük imkanlar və perspektivlər açır. Bakı-Tbilisi-Qars dəmir yolu, liman infrastrukturu, Bakı Gəmiqayırma Zavodu, geniş dəniz donanması və avtomobil yolları bu dəhlizlərin imkanlarını daha da genişləndirir”, - deyə nazir qeyd edib.
Ş. Mustafayev əlavə edib ki, bu imkanlar fonunda Azərbaycan ərazisindən daşınan tranzit yüklərin həcmi də artır: “Ötən il ərzində ölkə ərazisindən 9,3 mln. ton tranzit yük daşınıb”.
Oxşar yazılar

Azərbaycanda icra hakimiyyəti binasında FACİƏ: gənc usta öldü
8 iyul 2025 , 15:39
Bakıda motokuryerlərin törətdikləri qəzaların ŞOK GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 15:13
Bakı aeroportunda ÖLÜM
8 iyul 2025 , 13:39
DTX-dan ƏMƏLİYYAT: müşahidə kameralarına kiberhücumlar olub
8 iyul 2025 , 12:41
Beyləqanda şadlıq sarayında ustalar yıxıldı, ölən var
8 iyul 2025 , 12:40Bakıda qadın saxlanıldı, evindən görün nələr tapıldı? - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 12:25Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO
8 iyul 2025 , 11:57