MTN-nin daha bir polkovniki həbs olundu
24 oktyabr 2015 01:01 (UTC +04:00)

 MTN-nin daha bir polkovniki həbs olundu

0

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Baş Prokurorluğa çağırılan polkovniki Azər Mehdiyev həbs olunub.

 

Bu haqda musavat.com-a etibarlı mənbədən məlumat daxil olub.

 

Sayt yazıb ki, polkovnik sahibkarlardan xərac toplamaqda suçlu bilinir. Səbayel Rayon Məhkəməsinə aparılan A.Mehdiyevin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

A.Mehdiyevə verilən ittiham üzrə epizodlardan biri iş adamı Maqsud Mahmudovun şantaj olunaraq 250 min manat alınması ilə bağlıdır.

 

Qeyd edək ki, M.Mahmudov KİV-ə müsahibələrində MTN-ə aparılması, orada hansı üsullarla şantaj edilməsinin təfərrüatlarını da açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar