“Yahoo!” internet şirkəti qısametrajlı filmlər yaratmağa imkan verən “Qwiki” servisini satın alıb.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sövdələşmənin məbləği rəsmən açıqlanmasa da, bəzi məlumatlara əsasən sazişin dəyəri 50 milyon dollara yaxın olub.
“Qwiki” nümayəndələri bildiriblər ki, onların servisi “Yahoo!” şirkətinin tərkibində ayrıca məhsul kimi fəaliyyət göstərəcək. Servis smartfonun yaddaşında olan fotoşəkillərdən avtomatik olaraq çarxlar yaratmağa və onlara audio yazılar əlavə etməyə imkan verir. Layihə 2011-ci ildə işə salınıb və əvvəlcədən internet şəbəkəsində video axtarışı üçün nəzərdə tutulub. Cari ilin fevralında layihə müəllifləri servisin veb-versiyasını bağlayaraq bütün diqqətlərini mobil əlavələrə yönəldiblər.