“VAZ 2107” divara çırpıldı - <span style="color:red;"><b>sürücü yaraland</b>ı
10 iyun 2017 04:25 (UTC +04:00)

“VAZ 2107” divara çırpıldı - sürücü yaralandı

Gəncədə sürücünün  xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

 

Şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan, 1988-ci il təvəllüdlü Quliyev Elçin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb.

 

Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 104
avatar

Oxşar yazılar