İyulun 2-də Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 17.30 radələrində Cəlilabad rayonu ərazisində, rayon sakini Azər Bağırov idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomaşınla yolu keçən Lənkəran şəhər sakini İradə Rəhimovanı vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.