“Texnikabank”ın sabiq rəhbərinin məhkəməsi başladı
14 mart 2013 17:17 (UTC +04:00)

“Texnikabank”ın sabiq rəhbərinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.


 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Elnur Seyidovun vəkilləri onun barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin martın 6-da başa çatdığını, bundan sonra onun məhkəmə qərarı olmadan həbsdə saxlandığını bildiriblər. Vəkillər onun həbsdə qanunsuz saxlanması barədə məhkəmənin qərar verməsini istəyib, barəsində olan cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıblar.

 

Azər Cəfərlinin vəkili isə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət verib.

 

Etibar Əliyevin vəkilləri vəsatətlər versələr də, onların məzmunu açıqlanmayıb.


Hakim hazırlıq iclasının martın 27-də davam etdiriləcəyini, vəsatətlərə orada münasibət bildiriləcəyini deyib.

 

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

 

Onu da qeyd edək ki, E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.


Təqsirləndirilənlərdən E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

 

Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var. 

 

# 2176
avatar

Oxşar yazılar

Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53