“Real Madrid”də  Ronaldu <span style="color:red;">ŞOKU
10 aprel 2014 17:33 (UTC +04:00)

“Real Madrid”də Ronaldu ŞOKU

“Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu hələ bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tibbi müayinə nəticəsində portuqaliyalı hücumçunun dizaltı vətərində və baldır əzələsində zədə aşkarlanıb.

 

Ronaldu aprelin 12-də “Almeriya” ilə İspaniya çempionatının 33-cü tur matçını və aprelin 16-da “Barselona” ilə ölkə kubokunun final oyununu buraxmalı olacaq. Onun Çempionlar Liqasının ilk yarımfinal qarşılaşmasında da iştirakı sual altındadır. Rəqib isə aprelin 11-də müəyyənləşəcək.

 

Qeyd edək ki, Kriştianu Ronaldu Almaniyanın Dortmund şəhərində “Real Madrid”in “Borussiya” ilə keçirdiyi Çempionlar Liqasının ¼ final mərhələsinin cavab görüşü öncəsi məşqdə zədələnib. Həmin matçda “kral klubu” 0:2 hesabı ilə uduzsa da, ilk görüşdəki 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

# 1766
avatar

Oxşar yazılar