“Qız Dövlət Komitəsində işləyən oğlumu qaçırdıb..."-ŞOK İDDİA
16 iyul 2013 23:01 (UTC +04:00)

“Qız Dövlət Komitəsində işləyən oğlumu qaçırdıb..."-ŞOK İDDİA

Evlənmək, ailə qurmaq elimizin ən gözəl adətlərindəndir. Bir-birini sevən iki insanın qovuşaraq səadətinə çatması, ailə qurması hər bir valideynin arzusudur. Uşaqlarını min bir əzab-əziyyətlə böyüdən ata, analarımız qədər övladlarının toy günündə sevinən ikinci bir insan ola bilməz desək yəqin ki yanılmarıq. Amma təəssüf ki, bəzən sevgisi aşıb-daşan gənclərimiz valideynlərinin rızası olmadan da bu addımı atırlar. Yəni, ana, anasını ataraq sevdiyinə qoşulub qaçırlar.

 

Qız qaçırmaq indi cinayət sayılsa da vaxtilə dədə-babalarımız da bu üsuldan az istifadə etməyiblər. Amma təəssüflər olsun ki, dövr keçdikcə, bu adətlərimiz də dəyişilib, avropalaşmağa başlayıb.  Əvvəllər oğlan qızı qaçırardı, indi əksinə...

 

Bu gün “Filankəsin qızı filankəsin oğlunu qaçırıb” deyə eşitsək, bəlkə də təəccüblənmərik.

 

Oğlu adlı-sanlı Diaspor Komitəsinə çalışan Akif Məmmədov da oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edir. Modern.az saytına müraciət edən A.Məmmədov Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kamal Məmmədovun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını  deyib.

 

A.Məmmədov oğlunun ailə qurmasına nəinki sevinib, bütün Bakını alt-üst edərək oğlunun tapılmasına çalışır.

 

Uzun illərdir Diasor Komitəsində çalışan 31 yaşı Kamal Məmmədov srağagün sevdiyi xanıma qoşularaq qaçıb.

 

Müsahibimin sözlərinə görə, onlar Kamal Məmmədovun srağagün qız qaçırtdığı xəbərini eşidiblər. Bir neçə saat axtarışdan sonra oğlanların qaçırdığı qızın ailəsinin kimliyi müəyyən edilib.

 

“Mənim oğlum ağıllı-başlı oğlan idi. Srağagün xəbər tutduq ki, oğlum qız qaçırdıb. Maraqlandıq, qızın ailələri tapdıq. Bu qızla oğlum çoxdan idi münasibətdə idi. Dəfələrlə biz oğluma xəbərdarlıq eləmişdik ki, bu qızın ailəsi bizə münasib deyil. Sizin evlənməyinizi həyatda mümkün olan şey deyil. Hətta qızın valideynlərinə də məlumat göndərmişdik ki, qızınızı oğlumdan uzaqlaşdırın. Onlar isə oğluma tələ qururdular. Mənim oğlum qız-zad qaçırtmayıb, oğlumu qızın ailəsi qaçırdıb”-deyə A.Məmmədov şikayətlənib.

 

A.Məmmədovun sözlərinə görə, ailə qızının qoşulub qaçmasından narahat olmaq əvəzinə toy-bayram edir.

 

“Təsəvvür edin, qızı qaçırılan onlardır, amma nə axtarmırlar, nə maraqlanmırlar. Getmişik onların evlərinə bizi gülə-gülə qarşılıyırlar utanmadan. Mən o ailəni yaxşı tanıyıram, əxlaqsızın yekəsidirlər. Qızlarını oğluma sırıyıblar. Ata, anası da bu işdən əvvəlcədən xəbər olublar. Onlar öz razılıqları ilə qızlarını geyindirib oğlumla yola salıblar. Mənim oğlum qızdan abırlı insan idi. Onlar onu tora saldılar”-deyə ata oğlunun tapılması üçün polisə müraciət edib.

 

A.Məmmədov Kamalı oğlulluqdan sildiyini, onu heç vaxt bağışlamayacağını deyib:

 

“O bizim papağımızı yerə soxdu. Ailəmizi biabır elədi. Hansı valideyn istəməz ki, oğlu xoşbəxt olsun? Biz də illərdir oğlumuzun toy həvəsi ilə yaşayırdıq. Ona adlı-sanlı toy eləməyi planlaşdırırdıq. Dəfələrlə də Kamala demişdik ki, bu qız sənlik deyil, onu sənə ala bilmərik. Amma o bizim sözümüzü eşitmədi. Srağagündən onun adlı oğlumuz yoxdur, ölüb bizim üçün”.

 

Atası deyib ki, iki gündür oğluna dəfələrlə zənğ vursa da, onu tapa bilmir:

 

“Kamal məzuniyyətdə idi. Neçə gün idi ki, məzuniyyət götürüb evdə istirahət edirdi. Amma, sən demə, bunlar qabaqcadan planlaşdırıblar hər şeyi. Qızın 28 yaşı var. Lökbatanda “Embavud”da işləyirdi. Onun ailəsi necə əxlaqsız adamlardır ki, gecə saat 12-də 1-də qızları oğlumla görüşürdü, onlar bir dəfə demirdilər, ay qızım ,bu saatda hardan gəlirsən?”.

 

A.Məmmədov həmçinin qeyd edib ki, yeni “qohumları” əslən Siyəzən rayonundandır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7880
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46