“Qarabağ qaziləri” Birliyi: Qarabağ əlilinin özünü yandırması xəbəri doğru deyil - <span style="color:red;">YENİLƏNİB
15 fevral 2014 11:57 (UTC +04:00)

“Qarabağ qaziləri” Birliyi: Qarabağ əlilinin özünü yandırması xəbəri doğru deyil - YENİLƏNİB

I qrup Qarabağ əlili intihara cəhd edib.


 

APA-nın məlumatına görə, mənzil problemləri olan Məcidov Malik Qardaşxan oğlu fevralın 14-də Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısına gələrək özünü yandırmaq istəyib. Bu məqsədlə o üstünə yandırıcı maye töküb. Lakin yanındakı şəxslər və İcra Hakimiyyətinin əməkdaşları əlili fikrindən daşındırıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən qəbul edilən M. Məcidova ev probleminin həll ediləcəyi bildirilib.

 

“Qarabağ qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya bildirib ki, M. Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru deyil: “Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında müalicə alan əlilin vəziyyəti normaldır”.

 

E. Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç kim maraqlanmayıb: “Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq”.

 

Sumqayıt şəhər Polis İdarəsi və Şəhər Prokurorluğundan APA-ya Qarabağ əlilinin özünü yandırması barədə məlumatlar təkzib edilib. 

 

 

# 1006
avatar

Oxşar yazılar

Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24