“Mimi” ləqəbli it 2 kiloqram heroin tapdı <span style="color:red;">– İran sərhədində
19 noyabr 2015 12:40 (UTC +04:00)

“Mimi” ləqəbli it 2 kiloqram heroin tapdı – İran sərhədində

Gömrükçülər 2 kiloqrama qədər heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

 

Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, narkotik vasitə İran İslam Respublikasından Azərbaycana gələn Məmmədov Emin Hidayət oğluna məxsus “Mersedes Benz-200” markalı, 90-GB-883 nömrəli minik avtomobilində aşkar edilib. Belə ki, Astara Gömrük İdarəsinin əməkdaşları sərnişin nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində avtomobilə gömrük nəzarətini həyata keçirən zaman “Mimi” ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verib. Bunu nəzərə alan gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirib. Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında gömrük nəzarətindən gizlədilən, qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 5 ədəd uzunsov formalı bağlamada ümumi xalis çəkisi 1 kiloqram 850 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 52
avatar

Oxşar yazılar