“Lotu Quli siyasətə qarışmır”- AÇIQLAMA
09 fevral 2013 14:26 (UTC +04:00)

“Lotu Quli siyasətə qarışmır”- AÇIQLAMA

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanın avtoritet Nadir Səlifovun vəkilləri mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən vəkil Gülnarə Xudabaxışova bildirib ki, müdafiə etdiyi şəxs olan Nadir Səlifovla aylardır görüşə bilmir: “Bizi cəzaçəkmə müəssisəsinin nəzarət - buraxılış məntəqəsində deyil, müəssisənin ərazisində olan bir otaqda yoxlayırlar. Daha doğrusu, üzərimizdə axtarış aparırlar. Bu qanunsuzdur. Vəkillərin hüquqları pozulur. Bunun üçün də biz Nadir Səlifovla görüşə bilmirik. Müəssisəsinin rəis əvəzi Murtuz Sadıqova qarşı iddia qaldırmışdıq, məhkəmə iddianı rədd edib, qərardan apellyasiya şikayəti vermişik. Bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmişik. Ədliyyə  naziri Fikrət Məmmədovla da görüşmək istəmişik, lakin bizi qəbul etməyib”.

Vəkil Kamandar Nəsibov isə son günlər mətbuatda Nadir Səlifov haqqında yayılan məlumatların əsassız olduğunu bildirib: “Son günlər bəzi mətbuat orqanları Nadir Səlifovu siyasətçi kimi təqdim edir. O,  heç vaxt siyasətlə məşğul olmayıb, belə fikri də yoxdur”.

 

Vəkil qeyd edib ki, Nadir Səlifova qarşı sui-qəsd olması, onun zəhərlənməsi barədə məlumatlar da yanlışdır: “Hesab edirik ki, bunların arxasında kimlərsə durur. Həmin adamlar təkcə Nadirə qarşı yox, dövlətçiliyə qarşı da nə isə planlaşdırırlar. Nadir adi kamerada saxlanılır, ona heç bir güzəşt olunmur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4834
avatar

Oxşar yazılar