Bakıda “KFC” kafesinin yerləşdiyi binada baş vermiş tüstülənmənin qarşısı alınıb.
APA-nın məlumatına görə, binada hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 maşını və şəxsi heyəti gəlib.
Yanğınsöndürənlər tüstülənmənin yanğına çevrilməsinin qarşısını alıblar.
Tüstülənmənin nədən baş verdiyi araşdırılır.
***
Bakıda “KFC” kafesində yanğın baş verib.
APA-nın məlumatına görə, metronun 28 May stansiyasının yaxınlığında yerləşən kafedə qəflətən yanğın başlayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.