“Ədalətsizliyə uğrayan Azərbaycanın yanındayıq”
27 sentyabr 2013 17:51 (UTC +04:00)

“Ədalətsizliyə uğrayan Azərbaycanın yanındayıq”

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü, Azad Qarabağ Uğrunda Alyansın iştirakı ilə Türkiyənin Ankara şəhərində “Qarabağ Təbliğat Turu” çərçivəsində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.


 

APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, öncə bir qrup Alyans üzvü Türkiyənin Daxili İşlər Nazirliyi aparatının rəhbəri Seyfulla Hacımüftəoğlu ilə görüşüblər. Görüşdə QAT sədri A.Nağı Dağlıq Qarabağ münaqişəsi barədə çıxış edib və bu sahədə Türkiyənin Azərbaycana dəstəyinin vacibliyi qeyd edib.

 

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu xatırladan S.Hacımüftəğlu isə qeyd edib ki, Qarabağ münaqişəsinin həllində də Türkiyə Azərbaycana istənilən dəstəyi göstərməyə hazırdır.

 

Sonra Alyans üzvləri Türkiyənin keçmiş daxili işlər naziri, Ordu millət vəkili İdris Naim Şahin və Türkiyə Qazilər Birliyinin başqanı Lokman Aylar ilə görüşüblər.

 

İ.N.Şahin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq qeyd edib ki, ermənilərin Azərbaycan qarşı törətdiyi soyqırım və haqsızlıqlara lazımı qiymət verilməlidir: “Dağlıq Qarabağda, xüsusən də Xocalıda qardaşlarımıza qarşı törədilən vəhşiliklər heç bir insani xüsusiyyətlərə sığmır. Xocalıda axan qan həm də türk xalqının qanıdır”.

 

Keçmiş nazir onu da əlavə edib ki, Qarabağ probleminin həlli Türkiyə və Azərbaycanın güclənməsi və bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsindən asılıdır: “Azərbaycan dövləti Türkiyə dövlətinin, Azərbaycan xalqı Türkiyə xalqının qardaşıdır. İki dövlət arasında bu qardaşlığı daim yaşatmalıyıq. Türkiyə haqsızlığa, soyqırıma, ədalətsizliyə uğrayan Azərbaycanın yanındadır və həmişə də qardaş ölkəyə dəstək olacaq”.

# 661
avatar

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi -YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi-YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28