“Azərsu” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
10 avqust 2019 14:05 (UTC +04:00)

“Azərsu” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

0
 
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
 
ASC-dən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.
 
Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.
 
Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar