
Məsciddən oğurluq edən şəxs tutulub - AĞDAMDA
Ağdamda məsciddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Xındırıstan kənd məscidində qeydə alınan oğurluq faktı ilə bağlı aparılan araşdırmalar nəticəsində rayon sakini İsgəndərov Vüqar Afər oğlunun saxlandığı bildirilir.
Məlumata görə, V. İsgəndərov məsciddən oğurluq etdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Xındırıstan kəndində yerləşən məsciddən pəncərədən daxil olmaqla 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlandığı açıqlanıb.
Oxşar yazılar

İşdən çıxarılan yol polisi rəisi TUTULDU
15 may 2025 , 13:58
Müğənni Dəniz vəkilin şikayəti əsasında həbs edilib - TƏFƏRRÜAT
15 may 2025 , 13:19
Şəkidə kişi parkda öldü
15 may 2025 , 12:24
Goranboyda FACİƏ: kişi arvadını tir tüfəngi ilə güllələdi - YENİLƏNİB
15 may 2025 , 12:22
Nərminin əməliyyat zamanı ölümünə görə həkimlərə cinayət işi AÇILDI
15 may 2025 , 11:58
Kür çayından 4 meyit tapıldı
15 may 2025 , 11:46
Xalq artistinə qarşı 215 minlik DƏLƏDUZLUQ
15 may 2025 , 11:10