31 mart soyqırımı TRT-də...
04 mart 2013 16:58 (UTC +04:00)

31 mart soyqırımı TRT-də...

TRT Haber kanalının  “Ufuk Cizgisi” proqramının çəkiliş qrupu Azərbaycana gələcək. Kanalın Bakı təmsilçisi Yüksəl Dəgərcanın Lent.az-a  verdiyi məlumata görə, ən təcrübəli proqram rejissorlarından olan Halik Koc və çəkiliş qrupu martın 14-dən 21-dək Bakıda olacaq. Keçən həftə  Xocalı qətliamını və Qafqazdakı gərginliyi ekranlara gətirən H. Koc Azərbaycan haqqında proqramlar hazırlayacaq.

 

Ermənilər tərəfindən qəddarliqla öldürülən azərbaycanlıların Qubadakı kütləvi məzarlığında , cəbhə xəttində elecə də 31 mart soyqırımı haqqında proqramlar hazırlamaq planlaşdırılır. Proqramlarda Azərbaycan iqtisadiyyatının inkişafı, elecə də Qarabağ problemi  işıqlandırılacaq. Proqram martın 20-də Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar dəvət ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605
avatar

Oxşar yazılar