Güclü küləlkə bağlı gəmilərə xəbərdarlıq edildi
05 avqust 2019 16:14 (UTC +04:00)

Güclü küləlkə bağlı gəmilərə xəbərdarlıq edildi

0
Hazırda Xəzər dənizi akvatoriyasında müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.
 
QSC-dən Lent.az-a verilən məlumata görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.
 
Bundan başqa, qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 836

Oxşar yazılar