Bakıda mənzildən xeyli qızıl v pul oğurlanıb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini 1962-ci il təvəllüdlü Şahlarova Səməngül Əhməd qızı 30-cu Polis Bölməsinə müraciət edərək evindən oğurluq edilməsi barədə bildirib. S.Şahlarova qeyd edib ki, evdə olmadığı müddətdə mənzilindən 2711 manat pul və xeyli qızıl-zinət əşyaları götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.