81 yaşlı kişi qohumunu güllələdi - <span style="color:red;">HACIQABULDA
08 avqust 2015 13:04 (UTC +04:00)

81 yaşlı kişi qohumunu güllələdi - HACIQABULDA

Hacıqabulda 81 yaşlı kişi qohumunu güllələyərək qətlə yetirib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində baş verib.

 

Kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

 

Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza  mərkəzindən bildirilib ki, meyitin müayinəsi zamanı ürək, baş və digər bədən nahiyəsində 3 güllə yarası aşkar edilib.

 

Qohumların dediyinə görə, hadisənin S. Şirəliyevin evində usta işləyən Habil Ədilovla pul üstündə yaranmış mübahisə zəminində baş verdiyi ehtimal edilir.

 

S. Şirəliyev həbs edilib.

 

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar