7 yaşlı qız dəhşətli qəzada öldü
31 mart 2014 09:56 (UTC +04:00)

7 yaşlı qız dəhşətli qəzada öldü

0

Masallı rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, hadisə Qəribli kəndində baş verib. “VAZ 2107” markalı, 44 BH 002 nömrə nişanlı avtomobil 2007-ci il təvəllüdlü Məmmədzadə Nuray Emin qızını vurub. Azyaşlı qız hadisə yerindəcə keçinib.

 

Qeyd edək ki, qəzada dünyasını dəyişən qız orta məktəbin birinci sinif  şagirdi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1938

Oxşar yazılar