67 yaşlı kişi özünü güllələdi - <span style="color:red;">AZƏRBAYCANDA
20 noyabr 2015 11:26 (UTC +04:00)

67 yaşlı kişi özünü güllələdi - AZƏRBAYCANDA

 

İsmayıllı rayon sakini özünü silahla vurub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərinin Ü. Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Süleymanov Teymurxan Məmmədəli oğlu yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından ağır güllə yarası alan Teymurxan Süleymanov təcili olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan T.Süleymanov müalicə üçün Bakı şəhərinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 67 yaşlı kişinin ehtiyatsızlıqdan özünü vurması və ya intihara cəhd etməsi versiyaları araşdırılır.

  

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar