Lənkəranda ölü heyvan əti aşkarlandı
28 dekabr 2015 15:51 (UTC +04:00)

Lənkəranda ölü heyvan əti aşkarlandı

 

 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində reydlər davam etdirilir. DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, dekabrın 28-də belə bir reyd Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən aparılıb. Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Lənkəran rayonunun Osyakücə kəndinin meşə ərazində ölmüş 3 baş heyvan cəmdəyi Masallı sakinləri (özlərini qəssab adlandırırlar) tərəfindən xüsusi maşında daşınarkən aşkar edilib. Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib. Qeyd edək ki, laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar