50 yaşlı kişini maşın vuraraq öldürdü
25 avqust 2017 11:20 (UTC +04:00)

50 yaşlı kişini maşın vuraraq öldürdü

0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini Teymur Hüseynov idarə etdiyi “Renault” markalı maşınla yolu keçmək istəyən, 1967-ci il təvəllüdlü Fazil Hüseynovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

 

Sürücü hadisə baş verəndən sonra qaçsa da, həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar