44 yaşlı kişini boğaraq qarət etdilər
09 avqust 2019 01:55 (UTC +04:00)

44 yaşlı kişini boğaraq qarət etdilər

0

 

Bakının Səbail rayonunda 44 yaşlı kişiyə qarşı soyğunçuluq törədilib.

APA xəbər verir ki, hadisə Mikayıl Hüseynov küçəsində baş verib.

Belə ki, iki nəfər naməlum şəxs Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Əfqan Tanrıverdiyevi hədələyib və boğmağa cəhd göstərib. Daha sonra onun çanta və mobil telefonunu əlindən alaraq qaçıblar.

Faktın təfərrüatları Səbail RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar