37 ton ot bağlaması yandı,18 baş heyvan xilas olundu
08 oktyabr 2015 22:23 (UTC +04:00)

37 ton ot bağlaması yandı,18 baş heyvan xilas olundu

0

Masallıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Digah kəndində vətəndaşa məxsus həyətyanı sahəsində baş verib. Nəticədə həyətyanı sahədə  yığılmış 50 ton ot bağlamasının 37 tonu yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yaxınlıqda olan tövlədən 10 baş iribuynuzlu və 8 baş xırda buynuzlu heyvan xilas olunub. Yaxınlıqdakı tövIə yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar