2 yaşlı uşağını boğub öldürən ana barədə YENİ FAKTLAR
25 dekabr 2014 21:23 (UTC +04:00)

2 yaşlı uşağını boğub öldürən ana barədə YENİ FAKTLAR

Lənkəranda 2 yaşlı oğlunu boğaraq öldürən ananın həyat tərzi, törətdiyi qətllə bağlı əlavə təfərrüatlar üzə çıxıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisəni törətmiş 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın Lənkəranın Digah kəndində kirayədə yaşadığı evin sahibəsi Xalidə Əliyeva bildirib ki, onun kirəkeşi iki ay öncə həyətdəki yardımçı yay mənzilində məskunlaşıb. Ötən müddətdə S.Bayramovanın  uşağına etinasız münasibət bəsləməsi ev sahibəsinin gözündən yayınmayıb və bununla əlaqədar dəfələrlə ona öyüd-nəsihət verib. X.Əliyeva deyib ki, Sevinc Bayramova uşağını yastıqla boğaraq öldürdüyünü etiraf edib: "Dedi ki, yastıqla boğub, sərbəst yaşamaq istəyir. Daha yalan deyib, doğru deyib bilmirəm. İki aya yaxındır, burdadır. Mən belə şey görməmişəm".

 

Məlumata görə, Sevinc Bayramova uşaq evində böyüyərək tərbiyə olunub. Bir neçə il bundan əvvəl rus millətindən olan oğlanla ailə həyatı qurub. Ondan bir övladı dünyaya gəlib. Yarım il öncə həyat yoldaşı dünyasını dəyişdikdən sonra S.Bayramova yaşadığı mənzildən çıxarılıb. Bir müddət müvəqqəti sığınacaqlarda yaşayandan sonra Digah kəndində məskunlaşıb.

 

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Lənkəran rayonunun Dugah kəndində uşaq ölümü faktı qeydə alınıb. Kənddə kirayədə yaşayan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramova 2 yaşlı oğlu Məhəmmədi halsız vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının pediatriya şöbəsinə çatdırıb. Xəstəyə baxış keçirən həkimlər uşaqda həyat əlamətinin olmadığını aşkarlayaraq bu barədə rayonun hüquq mühafizə orqanlarına məlumatlandırıblar. Ana uşağının qidadan boğularaq öldüyünü desə də, istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşdirilib. İstintaqa verdiyi ifadəsində qadın övladını boğaraq öldürdüyünü etiraf edib.

 

Sevinc Bayramova hüquq mühafizə orqanları tərəfindən saxlanıllıb. Qatil ana övladını öldürməsinə səbəb kimi uşağın ona sərbəst yaşamasına maneçilik törətdiyini göstərib.

 

 Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar