2 yaşlı oğlan avtoqəzada öldü - FOTO
12 avqust 2019 15:10 (UTC +04:00)

2 yaşlı oğlan avtoqəzada öldü - FOTO

0
 
 
Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaratoğay kəndində içərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsi Əşrəf Ramin oğlu Məmmədovun olduğu “Mercedes” marakalı avtomobil aşıb.
 
Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. 
 
 
Sürücü isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
 
Fakt araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1389

Oxşar yazılar