Azərbaycanda iki nəfər bədbəxt hadisənin qurbanı olub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 3-də Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində yaşayan Ramal Əliyev və Lerik rayonunun Cənginəvud kəndində yaşayan Elmir Səfərovu elektrik cərəyanı vurub. Hər iki şəxs vəfat edib.
Müvafiq araşdırmalar aparılır.