28 yaşlı qadın iki körpə qızı ilə itkin düşüb
28 mart 2014 12:11 (UTC +04:00)

28 yaşlı qadın iki körpə qızı ilə itkin düşüb

0

Bakıda ana və iki azyaşlı körpəsi itkin düşüb. Lent.az-ın məlumatına görə, bu barədə polisə paytaxt sakini Sabir Orucov məlumat verib. Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə müraciət edən S.Orucov bildirib ki, qızı, 1986-cı il təvəllüdlü İnci Paşan iki gün əvvəl azyaşlı qızları: 5 yaşlı Akay və 3 yaşlı Mələklə birgə evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmin vaxtdan İ.Paşanla əlaqə yaratmaq mümkün olmayıb.

 

Qeyd edək ki, itkin düşmüş qadın türkiyəli şəxslə nikahda olub. Müraciət əsasında axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3120

Oxşar yazılar