Biləsuvarda itkin düşmüş oğlanın meyiti taılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Nadir Adil oğlu İsayevin cəsədi Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki suvarma kanalında (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 140 km məsafədə, nəzarət olunmayan ərazidə) tapılaraq sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 12:50-də başa çatıb.