18 yaşlı oğlan göldə boğuldu
04 sentyabr 2015 20:47 (UTC +04:00)

18 yaşlı oğlan göldə boğuldu

0

Gəncə sakini Göygöl rayonunda göldə boğulub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən göldə qeydə alınıb. Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Kamran Sabir oğlu İsayev göldə çimərkən boğulub. Mərhumun cəsədi göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar