17 dəfə Həcc ziyarətində olan şəxs öldürülüb <span style="color:red;">– BAKIDA
17 mart 2015 17:39 (UTC +04:00)

17 dəfə Həcc ziyarətində olan şəxs öldürülüb – BAKIDA

Martın 14-də İçərişəhərdə baş verən qətl hadisəsinin maraqlı təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından “Report”a bildirilib ki, bıçaqla qətlə yetirilən Tahir Talıbov Bakı İslam Universitetinin məzunudur. O, İçərişəhərdə kirayələdiyi ofisdə dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış.

Din xadimi olan T.Talıbov ailə üzvləri ilə birlikdə Maştağa qəsəbəsində yaşayıb.

Hüquq-mühafizə orqanlarına məlum olub ki, T.Talıbovu qətlə yetirən şəxs taksiyə minərək ərazidən uzaqlaşıb. Taksi sürücüsü istintaqa verdiyi ifadədə qatilin paltarlarının qanlı olduğunu bildirib: “Mən bunun səbəbini soruşduqda cavab verdi ki, “qurban kəsmişəm, üstüm ona görə qandır”.

Qətlə yetirilən T.Talıbov həm də Azərbaycandan Həcc ziyarətinə gedən zəvvar qruplarından birinin rəhbəri olub. O, ümumilikdə 17 dəfə Həcc ziyarətinə gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə “Report”a bildirib ki, T.Talıbov QMİ-nin əməkdaşı olmayıb.

Qeyd edək ki, faktla bağlı Səbail Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 49
avatar

Oxşar yazılar