13 il həbs cəzası alan keçmiş deputatdan qərara <span style="color:red;">ETİRAZ
12 sentyabr 2017 11:54 (UTC +04:00)

13 il həbs cəzası alan keçmiş deputatdan qərara ETİRAZ

 

Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə sabiq deputatın anket məlumatları və apellyasiya şikayətinin məğzi dəqiqləşdirilib.

Təqsirləndirilən Rauf Əliyevin apellyasiya şikayətində müddətin bərpasına görə işin birinci instansiya məhkəməsinə qaytarılması istənilib.

 

Məhkəmə vəsatəti təmin edib. Cinayət işinin birinci inatansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.

 

Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.

 

Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

 

İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.

 

O, "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.

 

Dəstə üzvləri həmçinin "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Səlcuq Elçin

Oxşar yazılar