Gəncədə ölən 11-ci sinif şagirdi prokurorun qızı imiş - <span style="color:red;">YENİLƏNİB
29 mart 2015 16:30 (UTC +04:00)

Gəncədə ölən 11-ci sinif şagirdi prokurorun qızı imiş - YENİLƏNİB

 

Gəncədə baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, “Mahrasa bağı” adlanan ərazidə özünü çoxmərtəbəli binadan ataraq intihar edən Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır. 11-ci sinifdə oxuyan qız özünü 13-cü mərtəbədən ataraq öldürüb.

 

Qeyd edək ki, F.Məmmədovanın ayağının sürüşərək 13-cü mərtəbənin pəncərəsindən yıxılması ehtimalı da var. Araşdırmalar davam etdirilir.

 

*****

 

11:34

 

Gəncədə 11-ci sinif şagirdi özün çoxmərtəbəli binadan ataraq intihar edib.

 

APA-nınb qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin “Mahrasa bağı” adlanan ərazisində yerləşən hündürmərtəbəli binada baş verib.

 

Orada yaşayan 11-ci sinif şagirdi Fəridə Fuad qızı Məmmədova binanın 13-cü mərtəbəsinin eyvanından özünü ataraq intihar edib.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar