Bu il 13720 nəfəri heyvan dişləyib
06 noyabr 2015 11:51 (UTC +04:00)

Bu il 13720 nəfəri heyvan dişləyib

Son 9 ay ərzində  Azərbaycanda 13 min 720 nəfəri müxtəlif heyvanlar dişləyib.

 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksion xəstəliklər şöbəsinin həkim-epidemioloqu Nazənin Məmmədova bildirib.

 

Onun sözlərinə görə, 11 min 816 nəfəri it, 1209 nəfəri pişik, 424 nəfəri siçovul,  271 nəfəri isə başqa heyvanlar dişləyib.

 

Bakı üzrə isə son 9 ay ərzində 4182 dişləmə faktı qeydə alınıb. 3149 nəfəri it, 706 nəfəri pişik, 250 nəfəri siçovul, 77 nəfəri isə başqa heyvanlar dişləyib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Fərizə Əhmədova

Oxşar yazılar