Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Ləcət kəndi ərazisində baş verib. 41 yaşlı Həsənbəyov Tərlan Əlifxan oğlunun “Toyota Corolla” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü və sərnişinlər - 60 yaşlı Balacayeva Aynaxanım Arif qızı, 11 yaşlı Həsənbəyov Rəsul Tərlan oğlu və 63 yaşlı Balacayev Xanlar Abzər oğlu xəsarət alıblar. Sürücü T. Həsənbəyov klinikaya aparılarkən ambulansda keçinib.
Faktla bağlı cinayət işi açılıb.
***
4 may, saat: 21:23
04.05.2025-ci il saat 17:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü (kişi cinsli), 1965-ci il təvəllüdlü (qadın cinsli), 1984-cü il təvəllüdlü (kişi cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Lentş.az xəbər verir ki, bununla bağlı APA-ya TƏBİB-dən məlumat verilib.
Məlumatda bildirilib ki, həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.
***
18:35
Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.